Xəbər lenti

Azərbaycanlı futbolçu AFFA-nın puluna "yox" dedi
İdman13:18 02.08.2017

Azərbaycanlı futbolçu AFFA-nın puluna "yox" dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mahaçqala "Anji"sində oynayan Ayaz Quliyev AFFA-nı növbəti dəfə məyus edib.

"Qaynarinfo"nun fanat.az-a istinadən məlumata görə, 10 gün əvvəl futbol qurumundan telefon zəngi alan Ayaz Rusiya millisinin "dəftərini qapamağa" hazır olmadığını söyləyib.

Mənbə həmçinin AFFA rəhbərliyinin Ayaza yetərincə cəlbedici məbləğdə pul və Bakıda mənzil vəd etdiyini də açıqlayıb.

Qeyd edək ki, müqaviləylə Moskva "Spartak"ına məxsus olan Ayaz Dağıstan klubunda icarə əsasında top qovur. 2016/17 mövsümünün ikinci yarısını "Anji"də keçirən Quliyev son razılaşmaya əsasən daha bir mövsüm bu komandada qalacaq.

Qaynarinfo.Az