Xəbər lenti

Azərbaycanlı futbolçu Almaniya yığmasında - ÖZƏL
İdman09:49 06.08.2015

Azərbaycanlı futbolçu Almaniya yığmasında - ÖZƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin futbolçusu Almaniya yığmasında. 

2013-2014-cü illər ərzində 16 yaşadək millimizdə (U-16) çıxış etmiş Renat Dadaşov almanların diqqətini özünə çəkə bilib.

Qaynar.info-ya 17 yaşadək millimizin baş məşqçisi Təbriz Həsənovun verdiyi məlumata görə, Renat artıq Almaniya yığmasının oyunçusudur.

O, hazırda Almaniyanın U-16 millisində çıxış edir. "Leypsip"in hücumçusu yığmada keçirdiyi 6 oyunda 4 qol vurmaqla almanların seçimini doğruldub (bunu Almaniya Futbol İttifaqının saytından da görmək mümkündür ). Onun keçirdiyi 6 matçda almanlar 2 dəfə qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 1 dəfə uduzub.

Qeyd edək ki, mayın 17-də 16 yaşını tamamlamış Renat Dadaşov vaxtı ilə əsas millimizdə də çıxış etmiş Rüfət Dadaşovun kiçik qardaşıdır. O, Aslan Kərimov və Təbriz Həsənovun vaxtında U-16 millimizə çağırılıb. Onda Frankfurt "Ayntraxt"ının oyunçusu olan Renat ötən ilin aprelində Almaniyada "Veen Vizbaden" klubu ilə yoxlama matçında (2:0) komandamızın qollarından birini vurmuşdu.

Qaynar.info