Xəbər lenti

Azərbaycanlı futbolçu Almaniyada 20-ci qolunu vurdu
İdman07:12 26.02.2018

Azərbaycanlı futbolçu Almaniyada 20-ci qolunu vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyada növbəti matçına çıxıb. 
Qaynarinfo xəbər verir ki, onun formasını geyindiyi "Dinamo” yoxlama görüşündə "Oberlusitz”lə qarşılaşıb.
Çempionat oyununu buraxan IV Bundesliqa təmsilçiləri Berlində üz-üzə gəliblər. Cəmi 50 azarkeşin izlədiyi matç "Dinamo”nun 2:0 hesablı qələbəsi ilə nəticələnib. Berlin klubunun heyətində qollara Filipp Şults və komandanın bombardiri Rüfət Dadaşov imza atıblar. Bu Rüfətin cari mövsümdə 20-ci qolu olub.
Qeyd edək ki, "Dinamo” fevralın 28-də IV Bundesliqanın XIX turundan təxirə salınmış matçda "Nordhauzen”lə səfərdə qarşılaşacaq.