Xəbər lenti

Azərbaycanlı futbolçu bu klublarla danışıqlar üçün Türkiyədə
İdman13:38 01.06.2016

Azərbaycanlı futbolçu bu klublarla danışıqlar üçün Türkiyədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AZAL klubunun futbolçusu İlqar Ələkbərov karyerasını Türkiyədə davam etdirə bilər. O, Türkiyənin I dəstə komandalarından "Dənizlispor" və "Karşıyaka"dan birində çıxış etməyə çox yaxındır.

Bu barədə futbolçunun özü Qaynarinfo.az-a bildirib. 

Onun sözlərinə görə, futbolçu hazırda Türkiyədədir və ora birbaşa müqaviləyə gedib. Lakin maliyyə baxımından problem yaşayan bu klublara keçid alınmasa, yenidən AZAL-a qayıdacaq.

Qeyd edək ki, bu 2 klub azərbaycanlı futbolçulara yad komanda deyil. Belə ki, vaxtı ilə "Dənizlispor"da Arif İsayev, Rail Məlikov və Saşa Yunisoğlu, "Karşıyaka"da isə Mahir Şükürovla Kamran Ağayev çıxış edib.

Qaynarinfo.az