Xəbər lenti

Azərbaycanlı futbolçu əməliyyat olundu
Ölkə14:37 18.08.2014

Azərbaycanlı futbolçu əməliyyat olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Krılya Sovetov"un futbolçusu Emin Mahmudov əməliyyat edilib.

Ans press-in məlumatına görə, azərbaycanlı futbolçu klubun məşq toplantısı zamanı ayağından ağır travma alaraq zədələnmişdi. Emin Mahmudov Samara aparılıb və burada müvəffəqiyyətlə əməliyyat olunub. Bu barədə "Krılya Sovetov" futbol klubunun rəsmi saytında bildirilib.

Futbolçunun əməliyyatından dərhal sonra komandanın bütün üzvləri futbolçuya baş çəkiblər. Futbolçu dostları Eminə sürətli sağalmağı və yaşıl meydançalara tezliklə qayıtmağı arzu ediblər.

"Şadam ki, uşaqlar mənə baş çəkdilər. Onların gəlişini çox gözləyirdim. Ümid edirəm ki, həkimlər artıq məni bu həftədə evə buraxacaqlar", - deyə Emin Mahmudov bildirib. 

Qaynar.info