Azərbaycanlı futbolçu Nurlan Novruzov Estoniya Yüksək Liqasında qol vurub.
Oxu.Az xəbər verir ki, onun çıxış etdiyi "Narva-Trans” komandası IX turda "Levadiya”nı qəbul edib.
4:4 hesabı ilə yekunlaşan görüşdə N.Novruzov 16-cı dəqiqədə komandasının üçüncü qolunu rəqib qapısından keçirib.
Ancaq o, 39-cu dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovulub.
<iframe src="https://player.baku.tv/embed/20990" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" __idm_id__="710589441">