
Daha bir azərbaycanlı futbolçu Portuqaliya çempionatında çıxış edəcək.
"Qaynarinfo.Az" Lissabon klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" klubuna məxsus olan Budaq Nəsirov vaxtı ilə Luiş Fiqu və Kriştianu Ronaldunun çıxış etdiyi "Sportinq"ə keçib.
Onunla növbəti mövsümədək müqavilə bağlanılıb. Lakin müqavilədə 2021-ci ilin iyununadək müqavilənin müddətinin uzadıla biləcəyi haqda şərt var. Həmçinin müqavilənin şərtlərində anlaşmanın pozulma dəyəri kimi 60 milyon avro göstərilib. Yəni hansısa klub transfer etmək istəsə, bu qədər məbləği kompensasiya kimi Portuqaliya nəhənginə ödəməlidir.
Müqavilə bağlanılması prosesində "Sportinq"in Mozambikdə doğulmuş prezidenti Brunu de Karvalyu şəxsən iştirak edib. Budaq yeni klubunda 86 nömrəli formanı geyinəcək. O, "Sportinq"in B komandasında çıxış edəcək.
Qeyd edək ki, Portuqaliya elitasında daha 2 azərbaycanlı oynayacaq. Bunlar Elnur Cəfərov ("Tondela") və Emin Mahmudovdur ("Boavişta"). Bu, 3 futbolçudan əvvəl Vəli Qasımov və Amit Quluzadə Portuqaliya çempionatında çıxış edib.
Qaynarinfo.Az


