Xəbər lenti

Azərbaycanlı futbolçu “Ginnesin rekordlar kitabı”na düşdü
İdman11:27 14.01.2014

Azərbaycanlı futbolçu “Ginnesin rekordlar kitabı”na düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın futbol üzrə yığma komandasının keçmiş üzvü Əli Dayei “Ginnesin rekordlar kitabı”na düşüb.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, əslən azərbaycanlı olan futbolçu 1993-2006-cı illərdə İranın futbol üzrə yığma komandasının heyətində keçirdiyi oyunlarda 109 qol vurub.
 
Ə. Dayei 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olub. O, İranın “İstiqlal” (Ərdəbil), “Taksirani” (Ərdəbil), “Bank-e Tecarət” (Tehran), “Persepolis” (Tehran), “Səba batteri” (Tehran), “Saypa” (Kərəc)), Qətərin “Əl-Sədd”, BƏƏ-nin “Əl-Şəbab” komandaları, eləcə də Almaniyanın “Arminiya”, “Bavariya”, “Herta” kimi məşhur futbol komandalarının heyətində çıxış edib. Futbolçu karyerasına 2007-ci ildə, İran yığmasındakı karyerasına isə 2006-cı il futbol üzrə dünya çempionatından sonra nöqtə qoyub. UNİCEF-in xoşməramlı səfiridir. Hazırda Tehranın “Perspolis” komandasının baş məşqçisidir.

Qaynar.info