Xəbər lenti

Azərbaycanlı futbolçu Latviyada 30 qol vurub
İdman17:10 28.10.2018

Azərbaycanlı futbolçu Latviyada 30 qol vurub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviya çempionatının 1-ci liqasında XXIII turun oyunları keçirilib. 
Qaynarinfo xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi "Dauqavpils” növbəti oyununu keçirib.
Çempionatın ilk mərhələsini lider kimi başa vuran komanda elitaya çıxmaq üçün ilk "dördlük”də yer alan digər üç klubla final mərhələsində mübarizə aparır. Vüqar Əsgərovun komandası bu mərhələdə ilk oyununu "dördlüy”ün sonuncusu "Rejeknes”ə qarşı keçirib və 5:1 hesablı qələbə qazanıb.
Vüqar Əsgəro oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb və dubl edib. Futbolçumuz 47 və 72-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 30-a çatdırıb.
"Dauqavpils” 23 turdan sonra 61 xalla birinci pillədə qərarlaşıb.