Xəbər lenti

Azərbaycanlı futbolçu məşhur Avropa klubunda (FOTO)
İdman11:23 01.09.2017

Azərbaycanlı futbolçu məşhur Avropa klubunda (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qəbələ"nin futbolçusu Fərid Nəbiyev karyerasını Çexiyada davam etdirəcək. "Qaynarinfo" xəbər verir ki, gənc futbolçu məşhur "Slaviya" (Praqa) klubuna keçib.

Bu barədə futbolçunun meneceri Vaqif Heydərli məlumat verib. 19 yaşlı futbolçulardan ibarət millimizin kapitanı yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Slaviya" 1892-ci ildə yaradılıb. 124 yaşlı klub oyunlarını Praqadakı 20800 azarkeş tutumu olan "Eden Arena"da keçirir. "Slaviya" 13 dəfə Çexslovakiya, 4 dəfə Çexiya çempionu olub, 7 dəfə ölkə kubokunu qazanıb. Ötən mövsüm çempionluğu bayram edən komanda Çempionlar Liqasının "play-off" mərhələsində mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. A qrupunda yer alan Praqa təmsilçisi "Makkabi" (Təl-Əviv), "Vilyarreal" və "Astana" ilə mübarizə aparacaq. 

Qaynarinfo.Az