Xəbər lenti

Azərbaycanlı futbolçu müqaviləni Bakıda bağlayıb Almaniyaya getdi - FOTOLAR
İdman13:24 23.05.2016

Azərbaycanlı futbolçu müqaviləni Bakıda bağlayıb Almaniyaya getdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Premyer Liqasında keçirilən son turdan sonra "İnter" FK-nın heyəti istirahətə buraxılıb.

Qaynarinfo.az xəbər verir ki, Bakı komandası iyunun 18-də "İnter Arena" stadionuna toplaşaraq növbəti mövsümə hazırlaşacaq. 1 həftəlik məşqdən sonra komanda Türkiyəyə təlim-məşq toplanışı keçmək üçün yola düşəcək.

Müqavilə müddətləri başa çatmış futbolçularla da yeni razılaşmalar əldə olunur. Belə ki, Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələr yenilənib. 

Digər futbolçularla isə danışıqlar gedir. Məsələn, müqaviləsi başa çatmış millimizin qapıçısı Kamran Ağayevin yerinə "Sumqayıt"da çıxış edən "İnter"in sabiq qolkiperi Səlahət Ağayevlə danışıqlar gedir.

Bu arada Mirhüseyn Seyidov "İnter"lə müqavilə bağladıqdan sonra Almaniyaya istirahətə gedib. O, Frankfurta yollanıb. Mirhüseyn Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunda çıxış edən azərbaycanlı qapıçı Emil Balayevlə də görüşməyə imkan tapıb.

Qeyd edək ki, "Ayntraxt" bu gün Bundesliqada qalmaq üçün "Nürnberq"lə pley-off oyunu keçirəcək.

Qaynarinfo.az