Xəbər lenti

Azərbaycanlı futbolçu Portuqaliya klubunda daha 2 oyuna çıxdı
İdman11:28 23.07.2016

Azərbaycanlı futbolçu Portuqaliya klubunda daha 2 oyuna çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Portuqaliyanın "Tondela" klubunun futbolçusu Elnur Cəfərov yeni komandası ilə daha 2 oyuna çıxıb.

Qaynarinfo.az xəbər verir ki, əvvəlcə "Aroka" komandasına 0:2 yenilən "Tondela" Portuqaliyadakı bir turnir çərçivəsində "Qafanya" klubuna da 0:1 məğlub olub. İlk oyunda 60-cı dəqiqədə meydana daxil olan Elnur 2-ci matçda 33-cü dəqiqədə qarşılaşmaya qoşulub.

Qeyd edək ki, "Tondela" bu gün turnir çərçivəsində "Famalisan" klubu ilə oynayacaq.

Qaynarinfo.az