Xəbər lenti

Azərbaycanlı futbolçu Portuqaliya klubunda növbəti oyununa çıxdı
İdman13:50 18.07.2016

Azərbaycanlı futbolçu Portuqaliya klubunda növbəti oyununa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisinin futbolçusu Elnur Cəfərov Portuqaliyanın “Tondela” klubu ilə 2-ci yoxlama oyununa çıxıb. 

Qaynarinfo.az xəbər verir ki, Portuqaliya təmsilçisi Lüksemburqun “RM Hamm Benfika” klubu ilə üz-üzə gəlib.

Oyun “Tondela”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qola 29-cu dəqiqədə Vaqner imza atıb. “11-lik”də yer almayan Elnur Cəfərov II hissənin startında meydana daxil olub.

Qeyd edək ki, "Tondela" bundan əvvəl Portuqaliyanın "Akademika" klubu ilə 1:1 oynamışdı. Elnur Cəfərov bu matçda da II hissədə meydana çıxmışdı. Cəfərovun komandası növbəti yoxlama görüşünü iyulun 21-də “Aroka”ya qarşı keçirəcək.

Qaynarinfo.az