Xəbər lenti

Azərbaycanlı futbolçu Portuqaliya nəhənginə keçidindən danışdı
İdman13:00 25.07.2016

Azərbaycanlı futbolçu Portuqaliya nəhənginə keçidindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Az öncə azərbaycanlı futbolçu Budaq Nəsirovun Portuqaliya nəhəngi olan "Sportinq" klubuna keçdiyini xəbər vermişdik.

"Qaynarinfo.Az" xəbər verir ki, Budaq Nəsirov 18 qat Portuqaliya çempionuna keçidi ilə bağlı fikirlərini bildirib:

"Mən burda olmaqdan çox şadam. "Sportinq" klubuna kömək etmək istəyirəm. Bura gələndən mənə etimad bəslədikləri və mənə kömək etdikləri üçün bu faktı yüksək qiymətləndirirəm. Menecerim mənim üçün mümkün çoxlu variantları axtarırdı. Mən sevincimdən özümdə deyiləm. Çünki "Sportinq" Avropada ən yaxşı klublardan biridir".

Budaq tezliklə portuqal dilində öyrənməyə çalışacağını bildirib: "Mən üstünlük verirəm ki, öz oyunçu keyfiyyətlərimi meydançada göstərim. Təminat verə bilərəm ki, meydanda əlimdən gələnin ən yaxşısını edəcəyəm. İstər məşqlərdə, istər yoxlama oyunlarında, istərsə də rəsmi matçlarda. Mən ürəyimi bütün cəbhələrdə qoymağa hazıram".

Qeyd edək ki, Tovuz futbol məktəbinin yetirməsi olan Budaq Nəsirov Lissabon klubu ilə 1+4 il şərti ilə müqavilə bağlayıb. Onu almaq istəyən klub "Sportinq"ə 60 milyon avro ödəməyə məhkumdur.

Qaynarinfo.Az