Xəbər lenti

Azərbaycanlı futbolçu Portuqaliyada huşunu itirdi, xəstəxanaya aparıldı
İdman09:27 06.11.2016

Azərbaycanlı futbolçu Portuqaliyada huşunu itirdi, xəstəxanaya aparıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Portuqaliya Sequndasında XIV turun oyunları çərçivəsində milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq" B doğma azarkeşləri önündə "Santa Klara"nı qəbul edib. 

Qarşılaşma Lissabon təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Goal.az xəbər verir ki, görüşə start heyətdə başlayan Budaq Nəsirov matçın 58-ci dəqiqəsində məcburi əvəzlənib. Top uğrunda mübarizə zamanı rəqib futbolçu ilə toqquşan Nəsirov huşunu itirib.

Futbolçumuz dərhal xəstəxanaya çatdırılıb. Hazırda Budaqın vəziyyəti yaxşıdır.

Qaynarinfo.Az