Xəbər lenti

Azərbaycanlı futbolçu: "Prezident qohumunun toyunda iştirak etməyimi istədi"
İdman12:32 02.06.2022

Azərbaycanlı futbolçu: "Prezident qohumunun toyunda iştirak etməyimi istədi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını ölkə xaricinə davam etdirəcək. Son mövsümü Nepal klubu "Maçindra"da keçirən Nurlan yenidən karyerasını Asiyada davam etdirmək niyyətindədir.
O, bu haqda Qaynarinfo-ya açıqlamasında deyib. Azərbaycana qayıtmağı düşünməyən hücumçu qarşıdakı planları haqda bunları söyləyib:
"Maçindra" ilə müqaviləmin müddəti 1 illlik idi. Ümumiyyətlə heç bir xarici ölkədə 2 illik müqavilə bağlamıram. Birillik müqavilə bağlayıram, sonra şərtlər yaxşı olarsa klubda qalıram. Yaxşı təkliflər edən klubar olur, ona görə də mənim üçün ən uyğun müqavilə müddəti birillikdir. Hələ harada oynayacağım dəqiq deyil. Yəqin ki, 1-2 həfəyə bilinər. Nepalda çempionat avqust ayında start götürəcək. Asiya klubları ilə 2 illik müqavilə imzalamaq düzgün deyil, yeni təkliflər olan kimi menecerim məlumat verəcək. Yeni komandam, gələn mövsüm necə şərtlərdə və hansı nəticəyə oynayacağım mövsümün başlamasına 1 ay qalmış bilinir. "Maçindra" ilə müqaviləm bitdiyi üçün hazırda sərbəstəm".
Hücumçu Azərbaycanda oynamağı düşünmədiyini dedi: 
"Bu barədə düşünməmişəm. Azərbaycanda heç telefon nömrəmi bilən yoxdur (gülür). Zarafat bir kənara heç kimlə danışığım olmayıb. Əvvəl oynadığım ölkələrdən Estoniyaya, Moldovaya qayıda bilərəm. Əlaqələrim yaxşıdır. Amma maaş azdır. Gedib orada o pula oynamağa dəyməz".
Nurlan yaxın günlərdə hansı klubda oynayacağının müəyyənləşəcəyini də dedi: 
"İnanmıram avqusta qədər gözləyim. Çünki menecerim bir neçə klubla danışıq aparır. Bu yaxınlarda real təklif almağım mümkündür. Danışıq apardıqlarımız Asiya klublarıdır. Amma hansı ölkə təmsilçiləri olduğunu dəqiq bilmirəm. Amma böyük ehtimalla xaricdə oynayacağam".
O, yenidən Nepalda da çıxış edə biləcəyini vurğulayıb: 
"Yekəxanalıq kimi çıxmasın, Nepalda həmişə qapılar üzümə açıqdır. Oradakı bütün komandalarda oynaya bilərəm. Sadəcə, harada daha yaxşı şərtlər təklif olunsa oraya gedəcəyəm. Məni klubda çox istəyirlər, həm də yaxşı oynamışam. Çempionat bitəndən sonra klubun prezidenti məni 2 həftə orada saxladı və qohumunun toyunda iştirak etməyimi istədi, razılaşdım. O, mənə çox yaxşılıq edib".
Səbuhi Həsənov