Xəbər lenti

Azərbaycanlı futbolçu "Fənərbaxça"nın düşərgəsinə nə vaxt yollanacaq?
İdman13:14 13.05.2015

Azərbaycanlı futbolçu "Fənərbaxça"nın düşərgəsinə nə vaxt yollanacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən ay Türkiyə nəhənglərindən olan "Fənərbaxça" klubunun düşərgəsində 1 həftə baxışda olmuş Turan Vəlizadədən xəbər var. Onun 7 gün ərzində türk məşqçilərin diqqətini çəkdiyini və tezliklə Türkiyəyə gedəcəyini xəbər vermişdik.

Sport7.az xəbər verir ki, Turan bu ay Türkiyəyə yollanacaq.

Yeniyetmə futbolçunun açıqlamasında bu məsələyə aydınlıq gətirib: "Türkiyədə yeni çempionatın başlamağına hələ 3 ay var. Atamgil hazırda "oturma izni" və valideynlərimin orda işlə təmin olunması məsələsi ilə məşğul olur. Bildiyiniz kimi, yetkinlik yaşına çatmadığımdan, orda tək yaşaya bilmərəm. İnşallah, çempionat başlayana kimi məsələ həll olunar. Mən isə ayın 25-i Türkiyəyə yollanacağam və orda məşqlərə başlayacağam. Mən "Fənərbaxça"nın 15 yaşadək komandasında (U-15) çıxış edəcəyəm".

Qeyd edək ki, hazırda "Əlincə" klubunun üzvü olan Turan Vəlizadə U-15 liqasında 25 qolla çempionatın 2-ci bombardiri olub. Ən sərrast futbolçu isə gümüş medalları qazanmış "Qəbələ"nin üzvü Kamran Abdullayev olub - 42 qol.

Qaynar.info