Xəbər lenti

Azərbaycanlı futbolçu rəsmən Latviya klubunda
İdman12:00 12.07.2014

Azərbaycanlı futbolçu rəsmən Latviya klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daha bir azərbaycanlı futbolçu ölkə xaricinə üz tutub. Fanat.az xəbər verir ki, Murad İsgəndərli Latviya çempionatında çıxış edəcək.

Bu barədə Latviya mətbuatı məlumat yayıb. Həmkarlarımızın xərinə görə Murad "Skonto" ilə müqavilə bağlayıb. Artıq wikipedia.org saytı da onu Riqa klubunun üzvü kimi təqdim edib.

Qeyd edək ki, Murad İsgəndərlinin son klubu "Qaradağ Lökbatan" olub. Əvvəllər "İnter"in əvəzedici komandasında oynamış futbolçu U-17 millimizin də formasını geyib. 1992-ci ilin 12 mayında dünyaya gələn 22 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Qaynar.info