
Rumıniyanın "Metalul" klubunda çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Elhad Nəziri ordan ayrılıb.
Bu barədə Qaynarinfo.az-a futbolçunun özü xəbər verib.
O bildirib ki, Reşitsa klubu ilə 6 aylıq müqaviləsi başa çatıb. Yenidən ölkə xaricində oynamağı planlaşdırdığını deyən Elhad variantları olmasa, bu kluba yenidən qayıda biləcəyini istisna etməyib.
Qeyd edək ki, "Metalul" Rumıniyanın I dəstəsində sonuncu pillələrdə qərarlaşıb.
Qaynarinfo.az