Xəbər lenti

Azərbaycanlı futbolçu Rumıniyada cəzalandırıldı - FOTOLAR
İdman15:45 30.04.2016

Azərbaycanlı futbolçu Rumıniyada cəzalandırıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rumıniya çempionatının I dəstəsinin B Seriyasında II "6-lığ"ın IV turunun oyunları keçirilib.

Qaynarinfo.az xəbər verir ki, millimizin sabiq futbolçusu Elhad Nəzirinin çıxış etdiyi "Metalul" klubu Kluj şəhərində Rumıniyanın məşhur klublarından olan "Universitatya" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Bu görüşdə Elhad Nəziri start heyətində meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib. Bunun səbəbi onun aktivində sarı vərəqənin olması olub (2 tur əvvəl "Rımniku" ilə oyunda birbaşa qırmızı vərəqə almışdı - red.).

Qeyd edək ki, "Metalul" -10 xalla sonuncu pillədədir. Ancaq çempionatı artıq 2 komanda tərk etdiyindən, "Metalul"u II dəstəyə düşmək təhlükəsi gözləmir. Bir sözlə, II "6-lığ"ın oyunları formal xarakter daşıyır.

Qaynarinfo.az