Xəbər lenti

Azərbaycanlı futbolçu “Spartak”da ayda 100 min avro maaş alacaq
İdman18:27 08.01.2019

Azərbaycanlı futbolçu “Spartak”da ayda 100 min avro maaş alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə bağlayacaq.
"Sport-Ekspress” xəbər verir ki, Moskva təmsilçisi yarımmüdafiəçinin özü və klubu "Rostov”la ortaq məxrəcə gəlib. 22 yaşlı futbolçu "Spartak”la uzunmüddətli müqavilə bağlayacaq və illik 1,2 milyon avro (aylıq 100 min avro) məvacib alacaq.
"Rostov”a isə 1 milyon avro təzminat ödəniləcək.
Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu "Spartak”dan "Rostov”a keçib. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir. (Report)