Xəbər lenti

Azərbaycanlı futbolçu türk klubuna keçdi - FOTO
İdman06:14 23.01.2015

Azərbaycanlı futbolçu türk klubuna keçdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli komandamızın üzvü Vaqif Cavadovun yeni klubu rəsmən müəyyənləşib. Qaynar.info хəbər verir ki, hücumçu "Boluspor"a keçib.
"Qaziantep BB" ilə yollarını ayıran Vaqif dünən rəsmi müqavilə imzalayıb. "Boluspor"un Peşəkar Futbol Şöbəsinin rəhbəri Kaan Semercioğlunun qatıldığı mərasimdə bildirilib ki, Cavadovla 6 ay + 1 illik müqavilə imzalanıb.
Futbolçumuz fikirlərini bildirib: "Boluspor"a gəldiyim üçün çoх хoşbəхtəm. Qarşılıqlı anlaşaraq müqavilə imzaladıq. Həm baş məşqçimizin, həm də prezidentimizin bura gəlməyimdə böyük dəstəyi oldu. Canla-başla mübarizə aparmağa hazıram. İnşallah uğur qazanacağıq".
Qaynar.info