Xəbər lenti

Azərbaycanlı futbolçu Türkiyə klubunda növbəti qolunu vurdu
İdman14:25 07.11.2021

Azərbaycanlı futbolçu Türkiyə klubunda növbəti qolunu vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Keçiörengücü" klubunda növbəti qolunu vurub.
Qaynarinfo-nun məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi evdə "Gənclərbirliyi"ni 2:0 hesabı ilə məğlub etdikləri TFF-1-ci liqasının XII tur matçında fərqlənib.
39-cu dəqiqədə oyuna daxil olan İsgəndərli 51-ci dəqiqədə hesabı açıb. Bu, onun Ankara təmsilçisində cari mövsüm 3-cü qoludur.
Qeyd edək ki, "Keçiörengücü" hazırda 10 xalla 16-cı pillədə qərarlaşıb.