Xəbər lenti

Azərbaycanlı futbolçu yenə Gürcüstan klubunu məyus etdi - FOTOLAR
İdman11:58 22.09.2016

Azərbaycanlı futbolçu yenə Gürcüstan klubunu məyus etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Qaynarinfo.Az xəbər verir ki, millimizin sabiq mərkəz müdafiəçisi Rasim Ramaldanovun üzvü olduğu "Kolxeti-1913" səfərdə Bolnisinin "Sioni" komandası ilə qarşılaşıb. 

Oyun futbolçumuzun komandasının minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçda 90 dəqiqə forma geyinən Rasim Ramaldanov 39-cu dəqiqədə komandasının yeganə qoluna imza atıb. 

Maraqlıdır ki, Rasim Gürcüstan çempionatında da yeganə qolunu "Sioni"yə vurub. O, təxminən 1 ay əvvəl - avqustun 20-də yenə Bolnisidə bu komandanın qapısına yol tapmışdı. Rasim onda 63-cü dəqiqədə fərqlənmiş və komandası 2:0 qələbə qazanmışdı.

Qeyd edək ki, Rasim Ramaldanovun 2 qol vurduğu "Sioni" hazırda cari mövsümdən həvəskarlar liqasında mübarizə aparacaq "Bakı" klubunu 2006-cı ildə Çempionlar Liqası turnirindən kənarlaşdırıb.

Qaynarinfo.Az