Xəbər lenti

Azərbaycanlı futbolçuların Latviyadakı "siftə"si uğursuz alındı
İdman05:04 14.03.2016

Azərbaycanlı futbolçuların Latviyadakı "siftə"si uğursuz alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Latviyanın futbol çempionatına start verilib.

Qaynar.info xəbər verir ki, "Neftçi"yə məxsus olan, lakin yaya kimi Latviyanın "Dauqavpils" klubuna icarəyə verilən azərbaycanlı futbolçular - Orxan Qurbanlı və Mirabdulla Abbasov ilk turda meydana çıxıb.

Onlar paytaxt Riqada "METTA/Latviya Universiteti" komandası ilə qarşılaşıblar. "Dauqavpils" hesabda öndə olsa da, yekunda məğlub olub - 1:2. Orxan 90 dəqiqə meydanda olub. Mirabdulla isə II hissədə oyuna qoşulub.

Sergey Poqodinin yetirmələri növbəti tur Yürmalaya səfər edəcək. "Dauqavpils" bu dəfə "Spartak"ın qonağı olacaq.

Qaynar.info