Xəbər lenti

Azərbaycanlı futbolçunun evinə öz məhəlləsindən oğru girdi
İdman15:06 21.06.2016

Azərbaycanlı futbolçunun evinə öz məhəlləsindən oğru girdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bakı" futbol klubunun kapitanı Qeyrət Əliyevin yaşadığı Xətai rayonu, Gəncə prospektindəki evinə oğru girməyə cəhd edib.

Qaynarinfo.az xəbər verir ki, oğrunun istəyi gözündə qalıb.

Belə ki, hadisə ötən həftə - iyunun 17-də baş verib. Qara maska taxmış oğru gecə saat 4-ə işləmiş III mərtəbədəki evə açıq qalan pəncərədən daxil olmağa cəhd edib. Oğrunu yanıldan evdə işıqların sönülü olması olub. Sən demə, həmin radələrdə Qeyrət evdə dostu ilə birgə televizora baxırmış.

Mətbəx tərəfdən səs eşidən futbolçu oğrunu dərhal zərərsizləşdirib. Oğru qaçmaq istəsə də, Qeyrət buna imkan verməyib. Baxmayaraq ki, həmin vaxt onun qolu məşqdə sındığından gipsdə olubmuş.

Sonradan məlum olub ki, cinayətkar Qeyrət Əliyevlə bir məhəllədə qalır. Bu üzdən futbolçu polisə şikayət etməkdən vaz keçib. Etdiyi əməlin pis olduğu başa salındıqdan sonra isə Qeyrət oğrunu buraxıb.

"Futbol+"