"Krılya Sovetov" 2019/20 mövsümü üçün Rusiya Premyer Liqasındakı yerini qoruyub.
Qaynarinfo xəbər verir ki, Samara təmsilçisi I divizion klubu "Nijni Novqorod"la keçirdiyi pley-off mərhələsinin cavab oyununda 0:1 hesabı ilə yenilib. İlk görüşdə "Krılya Sovetov" 3:1 hesablı səfər qələbəsinə imza atdığı üçün iki oyunun nəticəsində Premyer Liqada qala bilib.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bu görüşdə də "Krılya Sovetov"un start heyətində yer alıb və sonadək oynayıb.