Xəbər lenti

Azərbaycanlı futbolçunun komandasına Rumıniyada texniki qələbə verildi
İdman08:42 07.03.2016

Azərbaycanlı futbolçunun komandasına Rumıniyada texniki qələbə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı futbolçu Elhad Nəzirinin çıxış etdiyi Rumıniyanın I dəstə komandası "Metalul"a texniki qələbə verilib.

Qaynar.info xəbər verir ki, buna səbəb "Metalul"un rəqibi "Bihor"un oyuna gəlməməsidir. Belədə Reşitsa komandası 3:0 hesablı texniki qələbə qazanıb.

Bu nəticədən sonra XIII pillədə olan "Metalul" xalını -8 edib.

Qeyd edək ki, "Bihor"dan başqa, sonuncu pillədə olan və xalı -42 olan "Karansebeş" komandasına da texniki məğlubiyyət verilib. Hər 2 komanda çempionatdakı çıxışını dayandırdığı üçün "Metalul"un növbəti mövsüm də Liqa 2-də oynamaq şansı yaranıb.

Qaynar.info