Xəbər lenti

Azərbaycanlı futbolçuya tanış qapıçı elə gülünc qol buraxdı ki... - VİDEO
İdman10:31 22.07.2016

Azərbaycanlı futbolçuya tanış qapıçı elə gülünc qol buraxdı ki... - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın "Minnesota Yunayted" klubunun qapıçısı Sammi Ncok İngiltərənin "Bornmut" komandası ilə keçirilən yoxlama görüşündə kobud səhvi ilə diqqət çəkib. 

Qaynarinfo.az xəbər verir ki, 26 yaşlı kamerunlu qolkiper əli ilə topu oyuna daxil etmək istəyərkən dünyada nadir hallarda rast gəlinən avtoqollardan birinə imza atıb. ABŞ klubunun 0:4 uduzduğu görüşdə Ncok daha 2 topu qapısında görüb.

Qeyd edək ki, Sammi Ncok Fransanın "Lill" klubunun yetirməsidir. O, əvvəllər Türkiyənin "Antalyaspor" və "Fəthiyəspor" klublarında da çıxış edib. Ncok "Fəthiyəspor"da hazırda "Kəpəz"in şərəfini qoruyan azərbaycanlı qapıçı Davud Kəriminin əsas rəqibi olub. 

Qaynarinfo.az