Xəbər lenti

Azərbaycanlı futbolçuya Türkiyədə 30 min "atdılar"
İdman06:16 07.04.2017

Azərbaycanlı futbolçuya Türkiyədə 30 min "atdılar"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin həvəskarlar liqasında çıxış edən "Çəngəlköyspor" klubunda forma geyinən İlham Allahverdiyev dələduzluğa məruz qalıb. 
"Qaynar" fanat.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu komanda yoldaşı tərəfindən aldadıldıb.
Ajansspor.com saytının məlumatına görə, "Çəngəlköyspor"un yarımmüdafiəçisi Mustafa Taşkın ötən həftə komanda yoldaşları - Burak Balaman və İlham Allahverdiyevdən 30 min lirə borc alıb. Fırıldaqçı futbolçu pulu aldıqdan sonra İstanbulu tərk edib və hazırda harda olduğunu heç kim bilmir.
Saytın kluba yaxın mənbədən aldığı məlumata görə, Mustafa Taşkının mərc oyunlarının alüdəçisi olub və adı tez-tez bu olaylara qarışıb. Onun komanda yoldaşlarından başqa "Çəngəlköyspor"da işləyən əlil klub işçisini də aldatdığı bildirilir.
Qeyd edək ki, İlham Allahverdiyev indiyədək "Kəpəz", "Neftçi", "Qaradağ Lökbatan", "Şəmkir" və Türkiyənin "Bartınspor" klublarında çıxış edib.
Qaynar.Az