Xəbər lenti

Azərbaycanlı gənc milyonluq maşınla qəza törətdi
Ölkə11:14 10.07.2014

Azərbaycanlı gənc milyonluq maşınla qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə Azərbaycan vətəndaşı qəza törədib. 

Anspress-in məlumatına görə, hadisə turistik bölgə olan Muğlanın, Bodrum rayonunda ötən gün axşam saatlarında olub. 

Azərbaycanlı sürücü 32 yaşlı Toğrul U. idarə etdiyi 34 MMG 73 nömrəli lüks maşını ilə 56 yaşlı kişinin idarə etdiyi motoskleti vurub. Zərbənin təsirindən motosskletin sürücüsü Mustafa Yacel hadisə yerindəcə ölüb. 

Toğrul U. hadisə yerindən 150 metr aralıda dayana bilib. O, qəzadan sonra maşının dövlət nömrəsini çıxarıb. 

Bir milyon yüz min lirəlik süper lüks maşın sürən şəxsin limanda sürücü olaraq çalışdığı bəlli olub. Azərbaycanlı gənc polisə açıqlamasında qarşısına çıxam motosklet sürücüsünü görmədiyini deyib. 

"Əlimdən gələn bir şey yox idi. Çox təəsüflənirəm". 

Qəza ilə bağlı araşdırma başlanılıb.

Qaynar.info