Xəbər lenti

Azərbaycanlı gənclərin startupu 3 milyon dollar investisiya qazandı
Ekonomiks13:52 31.01.2022

Azərbaycanlı gənclərin startupu 3 milyon dollar investisiya qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı gənclərin yaratdığı platforma 3 milyon dollar investisiya əldə edib. 
Qaynarinfo xəbər verir ki, söhbət "Metafluence” platformasından gedir.
"5 il bundan əvvəl "Influencer Marketing" trendini ön görərək "Keepface" şirkətini qurduq. Hər il böyüməkdə olan "Keepface" beynəlxalq platformaya çevrilərək hazırda 40 ölkədə fəaliyyət göstərir.
Biz "Influencer Marketing"i yeni mərhləyə daşımaq üçün metaverse üzərində "Metafluence" adlı platforma inşa etməyə başlamışıq. Xüsusi ideyaya sahib olan bu platforma qısa vaxt ərzində dünyanın dört bir yanından minlərlər insanın marağına səbəb oldu.
Yolun başında hər şey çətin görünsə də, layihəyə inanan partnyorları, investorları görəndə adama ayrı bir enerji, motivasiya gəlir. "Keepface"in yaradacağı metaverse platforması olan "Metafluence", "BlueZilla", "Sheesha Finance", "Master Ventures", "DCI Capital", "CRT Capital", "NFTb", "Labs Group", "OIG Capital", "DigiCorp Labs" və s. vençur şirkətlərdən toplam 3 milyon dollar investisiya əldə etdi.
Bizim üçün artıq yeni bir mərhələ başladı”, deyə platformanın yaradıcılarından olan Vaqif Abbasov bildirib.