Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcərdə erməni hərbçiləri tərəfindən saxlanılan, sonradan isə Xankəndidə ömürlük həbs cəzasına məhkum edilən Dilqəm Əsgərov ittihamla bağlı aprelin 10-da şikayət edəcək.
Onun şikayətinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ali məhkəməsinin Kassasiya Palatasına təqdim ediləcəyi bildirilir.
Aznews.az xəbər verir ki, bu haqda məlumatı “Novosti Armeniya” agentliyi Dilqəm Əsgərovun vəkili Erik Beqlaryana istinadən yayıb.
22 illik həbs cəzası alan Şahbaz Quliyevin də şikayət edəcəyi gözlənilir. Bu faktı onun vəkili Arkadi İsraelyan təsdiq edib.
Qeyd edək ki, hər iki azərbaycanlının qondarma qurumun Apellyasiya Məhkəməsinə şikayəti mart ayının 10-da təmin edilməyib.
Qaynar.info