
Azərbaycanlı hakerlər Kipr klubunun saytını dağıdıblar.
Bu gün Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq Kiprin "Apollon" klubunun saytı azərbaycanlı hakerlərin hücumuna məruz qalıb.
Qaynar.info xəbər verir ki, www.apollon.com.cy saytına daxil olduqda Cavid Hüseynovun Kiprdə bərabərlik qolunu vurduqdan sonra yunanlara etdiyi qeyri-etik jest, eləcə də Azərbaycan, Türkiyə və Şimali Kipr bayraqlarını görmək mümkündür.
Qaynar.info

