Xəbər lenti

Azərbaycanlı hakim erməni futbolçunu cəzalandırdı
İdman06:35 20.10.2017

Azərbaycanlı hakim erməni futbolçunu cəzalandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əliyar Ağayev Avropa Liqasında növbəti oyununu idarə edib. "Qaynarinfo" xəbər verir ki, FIFA referisi "Vardar" (Makedoniya) - "Real Sosyedad" (İspaniya) matçında ədaləti qoruyub.

Oyun ispanların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev cəmi bir sarı vərəqə göstərib. Referi 61-ci dəqiqədə "Vardar"da oynayan Ermənistan millisinin üzvü Hovahanes Hambardzumyanı cəzalandırıb.

Qeyd edək ki, sözügedən oyunun yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetiriblət. Dördüncü hakim qismində isə Mübariz Haşımov təmsil olunub.

Aydın

Qaynarinfo.Az