Xəbər lenti

Azərbaycanlı hakim məşhur klubların oyununa təyinat aldı
İdman14:31 21.07.2017

Azərbaycanlı hakim məşhur klubların oyununa təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Çempionlar Liqası matçına təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) oyununu idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Oyun iyulun 25-də keçiriləcək.

Xatırladaq ki, Əliyar Ağayev iyulun 19-da keçirilən ÇL-nin II təsnifat mərhələsinin “Rosenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununu da idarə edib.

Qaynarinfo.Az