Xəbər lenti

Azərbaycanlı hakim Rusiyanın əsas millisinin oyununu idarə edəcək
İdman09:25 29.08.2016

Azərbaycanlı hakim Rusiyanın əsas millisinin oyununu idarə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. 

Qaynarinfo.Az saytının məlumatına görə, həmyerlimiz milli komandaların matçına təyinat alıb.

Ağayev sentyabrın 6-da keçiriləcək Rusiya və Qana yığmaları arasında yoldaşlıq oyununda baş hakim olacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.

Qeyd edək ki, Rusiya – Qana oyunu Moskvadakı “Lokomotiv” stadionunda keçiriləcək.

Qaynarinfo.Az