Xəbər lenti

Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək
İdman15:45 16.11.2020

Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.
Cabbarova Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.