
Azərbaycanlı idman jurnalisti Elgün Seyidov Şəmkir Rayon İcra Hakimiyyətində çalışacaq.
Qaynarinfo.Az xəbər verir ki, gənc həmkarımız bu aydan həmin qurumda mətbuat katibi funksiyasını icra edəcək.
Qeyd edək ki, Elgün Seyidov bundan əvvəl qol.az idman saytında və "Şəmkir" futbol klubunda çalışıb. O, icra hakimiyyətində çalışsa da, "Şəmkir" klubunda mətbuatla əlaqələndirici funksiyasını da yerinə yetirəcək.
Qaynarinfo.Az