Xəbər lenti

Azərbaycanlı idmançı Macarıstan klubunda medal qazandı
İdman10:39 15.12.2016

Azərbaycanlı idmançı Macarıstan klubunda medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı gimnast Mina Abbasova növbəti dəfə beynəlxalq arenada Azərbaycanı uğurla təmsil edib.

Qaynarinfo.Az xəbər verir ki, 6 yaşlı Mina Budapeştdə keçirilmiş klublararası beynəlxalq turnirdə gümüş medal qazanıb. Cəmi 1 ildir ki, gimnastika ilə məşğul olan Mina bu uğura çıxış etdiyi Macarıstan klubu ilə nail olub. 

Xatırladaq ki, Abbasova əvvəllər də Macarıstan və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərdən medallarla qayıdıb. Onun tezliklə yığmamızın heyətində yer alacağı gözlənilir.

Qeyd edək ki, beynəlxalq yarışda qalib olan M.Abbasova Əməkdar incəsənət xadimi, rejissor Əliqismət Lalayevin nəvəsidir. Mina Abbasovanın anası yazıçı-jurnalist Əzizə Lalayeva isə ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanın paytaxtı Budapeştdə yaşayır.

Səbuhi TOFİQOĞLU

Budapeşt - Bakı

Qaynarinfo.Az