
Rio Olimpiadasında Türkiyə adından yarışan azərbaycanlı atlet Ramil Quliyev "Fənərbaxça"nın bazasını ziyarət edib.
Qaynarinfo.Az xəbər verir ki, "Fənərbaxça" klubunun üzvü olan Ramil Türkiyə millisinin digər atleti Yasmani Kopelyo Eskobar ilə birlikdə bazaya gedərək, futbolçular və məşqçilərlə görüşüb. Atletlər Avropa Liqasının pley-off mərhələsinin "Qrasshoppers"lə səfər oyunu öncəsi "Fənər"li futbolçulara uğur arzulayıblar.

Qeyd edək ki, kubalı Yasmani Eskobar Rio-2016-da 400 m məsafəyə qaçışda Türkiyəyə bürünc medal qazandırıb. Ramil Quliyev isə 200 m məsafəyə qaçışda finala vəsiqə qazansa da, burda 8-ci olaraq Olimpiadanı medalsız tərk edib.
Qaynarinfo.Az