Xəbər lenti

Azərbaycanlı iş adamının oğlu İstanbulda 3 milyonluq restoran açdı - FOTOLAR
Ölkə06:59 11.12.2013

Azərbaycanlı iş adamının oğlu İstanbulda 3 milyonluq restoran açdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı iş adamı Tağı İbrahimovun oğlu İstanbulun mərkəzində üç milyon dollarlıq restoran açıb.

Qaynar.info-nun anspress-ə istinadən veridyi məlumata görə, ötən günlərdə daha çox Türkiyə məşhurlarının vaxt keçirdikləri "Etilər" adlanan məkanda Elşən İbrahimovun restoranının möhtəşəm açılışı olub.

Açılış mərasimində orada yaşayan həmyerlilərimiz Azəri qızı Günel, məşhur model Günay Musayeva və həyat yoldaşı Tolqa Karel və s. tanınmış simalar iştirak ediblər. Gənc ifaçı Günel atası ilə birlikdə qonaqlar üçün mahnı ifa edib. Açılış barəsində isə Günay şəxsi İnstaqram səhifəsində məlumat verib və bütün azərbaycanlı dostlarını oraya dəvət edib.

Qeyd edək ki, restoranda təklif edilən yeməklər sırf azərbaycan mətbəxinə aiddir.

Qaynar.info