Xəbər lenti

Azərbaycanlı keçmiş futbolçu məşqçilik lisenziyası aldı
İdman19:02 20.08.2020

Azərbaycanlı keçmiş futbolçu məşqçilik lisenziyası aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev məşqçilik kurslarını uğurla başa vurub.
"Report"un məlumatına görə, bu barədə o, özünün rəsmi "Instagram" səhifəsində paylaşım edib.
Sonuncu imtahanı verən veteran yarımmüdafiəçi "A" lisenziyası alıb.
Qeyd edək ki, Əliyev daha çox "Dinamo" (Kiyev), Moskvanın "Lokomotiv" və Mahaçqalanın "Anji" klublarındakı çıxışı ilə məşhurdur. Onun oynadığı son komanda Qazaxstan "Taraz"ı olub.