Xəbər lenti

Azərbaycanlı məşqçinin erməni tələbəsi Olimpiya çempionu oldu
İdman07:31 09.08.2016

Azərbaycanlı məşqçinin erməni tələbəsi Olimpiya çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Rioda keçirilən olimpiya oyunlarının qadınlardan ibarət qılıncoynatma yarışında Rusiya yığmasının üzvü Yana Yeqoryan Olimpiya çempionu tituluna sahib olub.
AzNews.az xəbər verir ki, erməni mənşəli Rusiya idmançısı finalda öz həmyerlisi Sofiya Velikayanı məğlub edib (15:14).
Qeyd edək ki, Yana Yeqoryanın məşqçisi müstəqil Azərbaycanın qılınoynatma tarixinin ən titullu üzvü olan Yelena Jemayevadır. Azərbaycan yığmasının tərkibində dünya və Avropa çempionu Jemayevanın həyat yoldaşı Rusiya qılıncoynatma yığmasının baş məşqçisi İlqar Məmmədovdur. İ.Məmmədov 1988-ci il Seul Olimpiya Oyunlarının qalibidir.
Onu da bildirək ki, Rioda qalib gələn erməni əsilli qılıncoynadanın məşqçisi Yelena Jemayevanın qayınatası Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovdur. 
Qaynarinfo.Az