Xəbər lenti

Azərbaycanlı mütəxəssislər radiasiyanın yoxlanılması üçün Astaraya ezam olundu
Ölkə22:10 13.06.2025

Azərbaycanlı mütəxəssislər radiasiyanın yoxlanılması üçün Astaraya ezam olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıbl
Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb.
Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatı davam etdirirlər.