Azərbaycanlı müğənni Safurə Əliyevanın yeni fotosu yayılıb.
"Qaynar" baku.ws-ə istinadən xəbər verir ki, ölkəmizi "Eurovision" yarışmasında təmsil etmiş müğənni həyat yoldaşı, energitika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə toy şəkillərini öz Instagram hesabında yerləşdirib.
Şəklin altına "Toy günü" qeydi yazan Safurənin şəkilləri bir xeyli marağa səbəb olub.
Qeyd edək ki, ailə qurduqdan sonra müğənnilikdən uzaqlaşan və İstanbulda yaşayan S.Əliyevanın bir oğlan övladı var. O, Türkiyədə gözəllik salonu və rəsm qalereyası açıb.
Qaynar.Az


