Xəbər lenti

Azərbaycanlı nazirlər stadionda - FOTO
İdman11:40 04.09.2015

Azərbaycanlı nazirlər stadionda - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun futbol həvəskarı olması çoxlarına məlumdur. Onu artıq dəfələrlə stadionlarda təmsilçilərimizin keçirdiyi beynəlxalq oyunlarda görmüşük.

Qaynar.info xəbər verir ki, Məmmədyarov dünən millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi Xorvatiya ilə görüşdə də olub. O, AFFA və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, həmin qurumun geologiya, geofizika və yataqların işlənməsi üzrə I vitse-prezidenti Xoşbəxt Yusifzadə, eləcə də Azərbaycan Premyer Liqasının təşkilatçısı olan PFL-in rəhbəri Ramin Musayevlə birgə VİP lojadan oyuna baxıb. Həmçinin oyunu izləyənlər arasında gənclər və idman naziri Azad Rəhimov və mədəniyyət və turizm naziri Əbülfəz Qarayev olub.

Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan görüş 8-ci km qəsəbəsində yerləşən stadionda baş tutub.

Qaynar.info