Xəbər lenti

Azərbaycanlı olimpiya çempionu oldu
İdman06:17 11.08.2016

Azərbaycanlı olimpiya çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiyadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub.
Toplamda 379 kq (165 kq + 214 kq) nəticə göstərən idmançı təkanla qaldırma hərəkətində dünya rekordu vurub. 
İkinci yeri çinli Lyuy Syaozsunu (379 kq - 177+202) və üçüncü yeri isə Misir atleti Məhəmməd Mahmudu 361 kq (165+196) tutub.
N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir. (oxu.az)
Qaynarinfo.Az