Xəbər lenti

Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
Ölkə14:19 17.04.2019

Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Hərbi Dəniz Qüvvələrində polkovnik-leytenant rütbəsi ilə xidmətdə olan "John” ləqəbli həmyerlimiz Nəimi Əmiral ABŞ Müdafiə Departamentinin F-35 Beşinci Nəsil Döyüş Təyyarələri Baş Ofisində Türkiyə Proqramı Meneceri təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə publika.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Xatırladaq ki, həmyerlimiz eyni zamanda F-35 Baş Ofisində Partnyorlarla Əlaqə və Xarici Satışlar Şöbəsində Ştab komandiridir. Bir neçə gün bundan əvvəl Azərbaycan əsilli komandir Amerikada səfərdə olan Türkiyə Müdafiə naziri general Hulusu Akarla və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla da görüşüb.