Xəbər lenti

Azərbaycanlı “Qara canavar” dünya çempionu adı uğrunda döyüşəcək
Ölkə12:02 14.11.2013

Azərbaycanlı “Qara canavar” dünya çempionu adı uğrunda döyüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sadiq hazırda sambo üzrə dünya çempionudur.

Noyabrın 21-dən 25-dək Rusiyanın Sankt-Peterburq şəhərinin “Yubileynı” idman kompleksində sambo üzrə ХХХVII Dünya Çempionatı baş tutacaq.

Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, yarışda döyüş sambosu üzrə hazırkı dünya çempionu, “Qara canavar” ləqəbli Azərbaycan vətəndaşı Sadiq Kərimov da iştirak edəcək.

Kərimov hazırda çempionata hazırlaşır.

“Qara canavar” döyüş sambosu üzrə hazırkı dünya çempionu titulundan savayı qaydasız döyüş üzrə MDB Çempionatının qalibi (2000-ci il), miks-kontakt üzrə Rusiya çempionatının qalibi (2008-ci il), Sankt-Peterburqda Olimpiya döyüş növlərinin qalibidir (2008).

Qaynar.info